Balakəndə yabanı halda bitən çətənə bitkiləri aşkar edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş-2020" əməliyyat-profilaktiki tədbirləri çərçivəsində növbəti əməliyyat keçiriblər.
Bu zaman rayonun Kortala kəndi ərazisində ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.