Külli miqdarda narkotik bitki məhv edildi
16 iyun 2020 19:42 (UTC +04:00)

Külli miqdarda narkotik bitki məhv edildi

Müxətlif rayonlarda yabanı halda bitən narkotik bitkiləri aşkarlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının Zaqatala dövlət təbiət qoruğunun əməkdaşları ilə birgə “Qaraçay” adlanan ərazidə keçirdikləri tədbirlərlə oradan yabanı halda bitən, çəkisi 2,1 tondan artıq olan 4154 ədəd çətənə kolu aşkar edilib.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Keçili kəndi ərazisində yabanı halda bitən 4600 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.

Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları Tatalılar kəndi ərazisində yabanı halda bitmiş 1780 ədəd çətənə kolu aşkar edərək yandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar