Koronavirus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir - TƏBİB
18 iyun 2020 19:25 (UTC +04:00)

Koronavirus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir - TƏBİB

0


“Aparılan müşahidələr göstərir ki, koronavirus insan orqanizmində qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, virus sayəsində orqanizmin kalqulyasiya sistemindəki normal biokimyəvi proseslər çox ciddi zədələdiyindən orqanizmdə tromboz baş verir və trombla əlaqədar olaraq istər ürək divarında, digər damarlarda, beyin damarlarında çox ciddi tıxanmalar olur: “Bunun nəticəsində ya ağır orqan zədələnmələri, ya da həyati təhlükələr yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3597

Oxşar yazılar