Balakən sakinindən külli miqdarda narkotik götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi 1 ədəd sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.