Kənddə yas mərasiminin keçirilməsinin qarşısı alındı
13 iyul 2020 17:06 (UTC +04:00)

Kənddə yas mərasiminin keçirilməsinin qarşısı alındı

Cəlilabad Rayon Polis Şöbəsinə rayon sakini olan R.İmanovun rəhmətə getmiş qohumuna Təzəkənd kəndində il mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və yas mərasiminin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan R. İmanov və həmin məclisdə iştirak edən daha bir nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4156
avatar

Mehman Nəbiyev

Oxşar yazılar