Kənd sakininin evindən 14 kilo narkotik və silah tapıldı
09 sentyabr 2020 09:44 (UTC +04:00)

Kənd sakininin evindən 14 kilo narkotik və silah tapıldı

Sabirabad sakinindən külli miqdarda narkotik maddə götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Cəngan kənd sakini, əvvəllər məhkum edilmiş Şahin Hüseynov saxlanılıb. Ş.Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 27 ədəd çətənə kolu və çəkisi 14 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin Ş.Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd tüfəng də maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar