Sabirabad rayonuun Qaragüney kənd sakini, 27 yaşlı Məmmədov Seymur Rauf oğlu dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaxınları tərəfindən Şirvan şəhər xəstəxanasına çatdırılan 27 yaşlı gənc reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyi nəticəsində xəstə ağır vəziyyətdən çıxarılıb. Hazırda xəstənin müalicəsi davam edir.