Kişini "tok" vurub öldürdü
22 iyul 2020 22:40 (UTC +04:00)

Kişini "tok" vurub öldürdü


Balakən rayonunun Hənifə kəndində ölümlə nəticələnən hadisə baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Nurəddin oğlu Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektik cərəyanı vurub. 

Ağır elektroşok travması alan T.Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2506
avatar

Oxşar yazılar