Gəncədə döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü İqır Rubkov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İ.Rubkov küçədə tanımadığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.