Paytaxtın Xətai rayonunda ölüm hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun NZS-qəsəbəsində qeydə alınıb.
Rayon sakini İsmayıl Hüseynov ehtiyatsızlıq zəminində yaşadığı evin damından yıxılıb.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.