Keçmiş məhkumun evindən narkotik tapıldı
08 may 2020 14:23 (UTC +04:00)

Keçmiş məhkumun evindən narkotik tapıldı

Gəncədə narkotik alverçisi saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hümbətov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13,5 qram, yaşadığı evdən isə 930 qram heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Mehman Nəbiyev

Oxşar yazılar