Keçmiş məhkumun evindən 2 kiloqramdan artıq tiryək aşkarlandı
07 may 2020 09:47 (UTC +04:00)

Keçmiş məhkumun evindən 2 kiloqramdan artıq tiryək aşkarlandı

Masallıda evdən narkotik vasitə tapılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb. Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Mehman Nəbiyev

Oxşar yazılar