Keçmiş məhkumu güllələyənlər 3 ay sonra tutuldu
13 may 2020 11:32 (UTC +04:00)

Keçmiş məhkumu güllələyənlər 3 ay sonra tutuldu

Bakı sakininə güllə ilə xəsarət yetirilib.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş P.Mayılov və hadisədə iştirak etmiş digər şəxlər - Hacıtəpə kənd sakinləri T.Salmanov və əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Mehman Nəbiyev

Oxşar yazılar