Abşeron rayonunda narkotik alverçiləri saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Z.Zeynalov və V.Cəbrayılov Abşeron rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı Z.Zeynalovdan 3 kiloqram, V.Cəbrayılovdan isə 310 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat tədbirlərini idarənin Cənub Regional Şöbəsi Astarada keçirib. Nəticədə rayonun Pensər kənd sakini İ.Rüstəmovun evindən 505 qramdan artıq heroin aşkar edilərək götürülüb.