Keçmiş məhkumlar arasında münaqişə ölümlə nəticələndi
13 may 2020 12:48 (UTC +04:00)

Keçmiş məhkumlar arasında münaqişə ölümlə nəticələndi

Kürdəmirdə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində naməlum şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, mayın 12-də saat 20 radələrində 45 yaşlı əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Cəbrayıl Malkovun rayonun Atakişili kəndi ərazisində bıçaqlanaraq öldürülüb. Bu barədə daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini, 30 yaşlı Rahim İslamovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1990
avatar

Mehman Nəbiyev

Oxşar yazılar