Bakı sakinindən narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Əliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.