Bakı sakinindən odlu silah götürülüb.
Lent.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvələr Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə məhkum olunmuş paytaxt sakini 57 yaşlı E.Əliyevdən "Naqan" tipli tapança və 7 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.