Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisində “Fiat” markalı avtomobildən içərisində 5500 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.