Keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu
07 sentyabr 2020 13:13 (UTC +04:00)

Keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Aşumov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 kiloqram 800 qram marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339

Oxşar yazılar