Keçmiş icra başçısının oğlu barəsində cinayət işi açıldı
04 fevral 2020 10:43 (UTC +04:00)

Keçmiş icra başçısının oğlu barəsində cinayət işi açıldı

0

Bakıda keçmiş arvadını bıçaqlayan şəxs barəsində cinayət işi başlanıb. 

APA-nın məlumatına görə, ötən gün paytaxtın Yasamal rayonunda Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı, 38 yaşlı Bəhmənova Dilarə Faiq qızını bıçaqlaması faktı ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, C. Bəhmənov Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur. 

Xatırladaq ki, hadisə ilə bağlı Lent.az- ötən gecə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1802

Oxşar yazılar