Keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi
30 aprel 2020 19:10 (UTC +04:00)

Keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi

0


Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.

APA-nın məlumatına görə, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı yayılmışdı.

Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2342

Oxşar yazılar