Keçmiş arvadını bıçaqlayan ər polisə təslim oldu
08 iyun 2020 21:31 (UTC +04:00)

Keçmiş arvadını bıçaqlayan ər polisə təslim oldu

0


Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. 

Belə ki, 1986-cı il təvəllüdlü Sumqayıt sakini Aygün Şıxkərimova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Keçmiş ər 34 yaşlı qadının kürək nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib. Ağır bədən xəsarətləri alan A.Şıxkərimova xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən keçmiş ər isə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4527

Oxşar yazılar