Karantini pozaraq cərimələnən sürücülərin sayı 49 mini keçdi
07 may 2020 09:37 (UTC +04:00)

Karantini pozaraq cərimələnən sürücülərin sayı 49 mini keçdi

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar ötən gün ərzində görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Mehman Nəbiyev

Oxşar yazılar