Karantini pozan 43 mindən çox sürücü məsuliyyətə cəlb olundu - DYP
29 aprel 2020 10:22 (UTC +04:00)

Karantini pozan 43 mindən çox sürücü məsuliyyətə cəlb olundu - DYP

Baş Dövlət Yol Polisi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar dünən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə ötən gün respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1507
avatar

Mehman Nəbiyev

Oxşar yazılar