Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə bağlı ötən gün görülmüş işlərlə əlaqədar məlumat yayıb.
İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 1405 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.
Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 267 nəfər həmin məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.