Karantini pozan 1300-ə qədər sürücü məsuliyyətə cəlb olundu - RƏSMİ
23 iyun 2020 11:42 (UTC +04:00)

Karantini pozan 1300-ə qədər sürücü məsuliyyətə cəlb olundu - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə bağlı ötən gün görülmüş işlərlə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumaat görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1029 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla ümumilikdə 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342
avatar

Mehman Nəbiyev

Oxşar yazılar