Karantini domino oynamaqla pozdular
29 aprel 2020 12:02 (UTC +04:00)

Karantini domino oynamaqla pozdular

0

Lənkəranda karantin qaydalarını pozub domino oynayanlar cərimələnib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları rayonun Separadi kəndində hazırda istifadə olunmayan yarımçıq tikilidə domino oynayan 5 nəfər kənd sakinini aşkar ediblər. Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib.

Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3663

Oxşar yazılar