Karantində yol qəzalarında ölənlər 50-60 faiz azalıb – RƏSMİ
07 may 2020 11:28 (UTC +04:00)

Karantində yol qəzalarında ölənlər 50-60 faiz azalıb – RƏSMİ

0

Koronavirusa görə təcrid və karantin səbəbindən dünyanın bir sıra ölkələrində ayrı-ayrı şəhərlərində yollardakı ölümlərin sayı azalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Beynəlxalq avtomobil federasiyasının (FIA) prezidenti, BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt  məlumat verib.

Rəsmi məlumata görə, yol-nəqliyyat hadisələri nəticəsində ölümlər (2019-cu il üzrə müqayisədə Fransa, Norveç, İsveç, İspaniya, eləcə də Nyu-Yorkda 50-60 faiz azalıb.

Bənzər tendensiya haqqında KİV-lər Hindistan və Mərakeşdən də xəbər verir. Xüsusi elçinin qeyd etdiyi kimi, say ən azı ümumi trafikin azalma sürətinə nisbətdə azalıb. Lakin bəzi ölkələrdə bu baş verməyib.

Todtanın sözlərinə görə, dünyanın bir çox yerində, küçələrdə qanuni tənzimləmənin azalması səbəbindən sürət artımı hallarının sayı kəskin artıb.

“Sürət artımı hər qəzanı daha ciddi hala gətirir, nəticədə ölənlər yaralananlardan daha çox olması ilə nəticələnir”, - Todta vurğulayıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1480

Oxşar yazılar