Karantin rejiminin sərtləşdirilməsinə görə Cəlilabad şəhərinin girişində yaradılan stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, əmrə tabe olmayaraq hərəkəti davam etdirib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində həmin avtomobil polis əməkdaşları saxlayanda sürücü və həmin vaxt avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinə gətiriliblər.
Onların Biləsuvar sakinləri Y.Şahmarov, İ.Abdullazadə, F.Əlizadə, və R.Quliyev olduqları, hər 4 şəxsin karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Barələrində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.