Gəncədə xüsusi karantin rejimi qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Gəncə şəhəri, Nizami rayonunda Ramil Məhərrəmov epidemiya qaydalarını pozub.
Polisin saxladığı R. Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.
Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib.
İş üzrə iki nəfər də zərərçəkən şəxs qismində tanınıb.
Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-ə təyin edilib.