Karantin rejimini pozan uşaq bağçası aşkarlandı
07 may 2020 12:37 (UTC +04:00)

Karantin rejimini pozan uşaq bağçası aşkarlandı

Gəncədə karantin qaydalarını pozan uşaq bağçası aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıb. Dərhal vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. G. Günəşli və bağçanın digər əməkdaşları barədə  qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar