Karantin rejimini pozan tədris mərkəzi aşkarlandı - FOTO
14 may 2020 16:35 (UTC +04:00)

Karantin rejimini pozan tədris mərkəzi aşkarlandı - FOTO

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. H. Zahidov  və mərkəzin digər əməkdaşları barədə  qanuna müvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 3409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar