Karantinə məhəl qoymayan 1000-dən artıq hərəkət iştirakçısı cəzalandı
21 iyul 2020 14:35 (UTC +04:00)

Karantinə məhəl qoymayan 1000-dən artıq hərəkət iştirakçısı cəzalandı

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün karantin rejimi ilə bağlı görülmüş işlər barədə məlumatı açıqlayıb.

İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 1039 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinəəsasən, cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 101 nəfər olmaqla ümumilikdə 1140 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 50-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 150 avtomobil geri qaytarılıb, ümumilikdə 340 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4657
avatar

Mehman Nəbiyev

Oxşar yazılar