Karantin günlərində ölkədə cinayətlərin sayı azalıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən verilən açıqlamada qeyd olunur ki, həmin günlərdə polisin gücləndirilmiş rejimdə fəaliyyəti cinayətlərin statistikasına əhəmiyyətli dərəcədə təsir edib:
“Ölkədə tətbiq olunan xüsusi karantin rejimində bütün kateqoriyalarda baş verən cinayətlərin sayı əvvəlki dövrlərə nisbətən 2 dəfəyədək azalıb. Xüsusən, evlərdən oğurluqların sayında azalma müşahidə olunub. Buna səbəb də həm karantin günlərində polisin güclü nəzarəti, həm də vətəndaşların evlərini tərk edə bilməməsidir.
Ölkədaxili və xaricə səfərlərin məhdudlaşdırılması insanların öz evlərində daha çox qalmalarına səbəb olub ki, bu da məhz evdən oğurluqların sayını azaldıb”.