Kafe və restoranlarda reyd keçirilib, saxlanılanlar var - FOTO
08 iyul 2020 13:07 (UTC +04:00)

Kafe və restoranlarda reyd keçirilib, saxlanılanlar var - FOTO

Şəmkirdə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, 

Şəmkir Rayon İcra Hakimiyyəti  başçısı yanında Operativ qərargahın və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb. Belə ki, Rayon Polis Şöbəsinin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən 33 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Bir nəfər, rayonun Təzəkənd kənd sakini- Rauf Cəfərov isə rayon məhkəməsinin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2203
avatar

Mehman Nəbiyev

Oxşar yazılar