İstirahət mərkəzində yanğın olub
09 may 2020 11:49 (UTC +04:00)

İstirahət mərkəzində yanğın olub


Xaçmazda istirahət mərkəzində yanğın olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Seyidli kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus istirahət mərkəzinin ərazisində, ümumi sahəsi 800 m² olan ikimərtəbəli (hər mərtəbəsi 400 m²) yeməkxana binasının dam örtüyünün taxta atmaları və tavanı 400 m² sahədə, 2-ci mərtəbəsində plastik arakəsmələr və 100 m² sahəyə yığılan stol-stul yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2017

Oxşar yazılar