İsmayıllıya istirahətə gələnlər yoxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.