İrandan ölkəmizə külli miqdarda narkotik gətirmək istədilər - FOTO
12 may 2020 09:29 (UTC +04:00)

İrandan ölkəmizə külli miqdarda narkotik gətirmək istədilər - FOTO

Son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasi­tənin İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a daxil olan məlumata əsasən, amyın 10-da Astaranın Orucməhəllə kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub. Əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çan­tada 3 ədəd bağlamada ümumi çəkisi 11,9kiloqram olmaqla 4900 qram “Marixuana”ya, 3450 qram “Heroin”ə, 1550 qram “Tiryək”ə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

Mayın 10-da DİN əmək­daşları ilə birgə keçirilmiş əmə­liy­yat tədbiri nəticəsində Astaranın Pəlikəş kəndinin yaxın­lı­ğın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram“heroinə” oxşar vasitə aşkar olunub.

11 may tarixində Beyləqan rayonunun Əhmədli kəndi yaxın­lı­ğında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd nar­yadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar oluna­raq ona “Dayan” əmri verilmiş, qaçaqmalçı dövlət sər­hədindən qa­nun­suz keçir­diyi əşyaları ataraq geri qaçmışdır. Həmin əşyalara baxış keçirilmiş, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”ə, 16305 qram “heroin”ə, 2415 qram “ma­­ri­xuana”ya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Mehman Nəbiyev

Oxşar yazılar