İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 199 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 13 410 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 388 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 264 561 nəfərə çatıb.