İran vətəndaşından narkotik alan tutuldu
01 may 2020 13:41 (UTC +04:00)

İran vətəndaşından narkotik alan tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri əməliyyat tədbirləri zamanı Bülbülə qəsəbəsində yaşayan Asif Süleymanov tutulub.

Daxili İşlər nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun üzərində şəxsi axtarış aparılan zaman 12 qram narkotik vasitə heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə baxış keçirən polis əməkdaşları oradan əlavə 2 kiloqram heroin, müvafiq sənədləri olmayan 1 ədəd “Dragon” markalı vinçester tipli ov tüfəngi və həmin silaha aid 11 ədəd patron aşkar edərək götürüblər. Asif Süleymanov ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə Biləsuvar rayonunda aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Asif Süleymanov cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar