Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonunda iribuynuzlu heyvanın çirkab su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.