İntihara cəhdin qarşısı alındı - VİDEO
09 iyun 2020 17:36 (UTC +04:00)

İntihara cəhdin qarşısı alındı - VİDEO

0

Hacıqabulda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda dəmiryolu stansiyasının ərazisində 1 nəfər hündürlüyü təxminən 30 m olan konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2111

Oxşar yazılar