İkinci dəfə eyni əmələ görə tutuldu - FOTO
02 may 2020 09:24 (UTC +04:00)

İkinci dəfə eyni əmələ görə tutuldu - FOTO

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə, 3 qrama yaxın çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. A. Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini Vaqif Səlimov olduğu müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən 2 bükümdə ümumilikdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268
avatar

Oxşar yazılar