İmişlidə baş vermiş yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı xəsarət almış Niyaməddin Musayevin həyatını xilas etmək mümkün olmayıb, xəstəxanada ölüb.
***
08:52
İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Gülməmmədov Ruslan Dünyamalı oğlunun idarə etdiyi “KamAZ “ markalı yük avtomobili ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun idarə etdiyi ”QAZel” markalı yük avtomobili toqquşub.
APA-nı Mil-Muğan bürosunun məlumatına görə, nəticədə “QAZel” markalı avtombilin sürcüsü ölüb.
Hər iki avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri, 1971-ci il təvəllüdlü Həmzəyev Fərhad Bəybala oğlu və 1974-cü il təvəllüdlü Musayev Niyaməddin Ərzuman oğlu müxtəlif dərəcəli xəsarətlərilə Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.