İki maşın toqquşdu: xəsarət alanlar var - FOTO
09 may 2020 21:01 (UTC +04:00)

İki maşın toqquşdu: xəsarət alanlar var - FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

“Lexus” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sürücüsü, 1982-ci il təvəllüdlü Musayev Radiq Sədrəddin oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Ədilə Bağan qızı xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4719
avatar

Oxşar yazılar