İki maşın toqquşdu, iki nəfər öldü
04 may 2020 11:42 (UTC +04:00)

İki maşın toqquşdu, iki nəfər öldü

Göyçayda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən,

Mayın 2-də saat 18 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Babayev hadisə yerində ölüb, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar