Kürdə batan şəxslərdən sonuncu şəxsin də meyiti tapılıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
11:04
Kür çayında batan şəxsin meyiti tapılıb.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, iyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 30 yaşlı Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə həmin ərazidə batan 15 yaşlı Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.