İki evdən külli miqdarda oğurluq edildi
04 may 2020 12:24 (UTC +04:00)

İki evdən külli miqdarda oğurluq edildi

Xətai rayonu ərazisindəki mənzillərin birindən 200 manat pul, 500 manat dəyərində noutbuk və 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də oğurluqda şübhəli bilinən Bakı şəhər sakini B.Məsimov saxlanılıb.

Digər evdən oğurluq hadisəsi Neftçalada baş verib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Boyat kəndindəki evlərin birindən 1465 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Musayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar