İdarəetmədən çıxan "NİVA"nın sürücüsü öldü
07 iyun 2020 02:30 (UTC +04:00)

İdarəetmədən çıxan "NİVA"nın sürücüsü öldü

 

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağdaş-Ərəb yolunda qeydə alınıb. 

Kükəl kənd sakini, 1987-ci il təvəllüdlü Hacı Qədirov "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. H.Qədirov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

# 4486
avatar

Oxşar yazılar