I qrup əlili öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
02 iyul 2020 12:15 (UTC +04:00)

I qrup əlili öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA


Şəkidə I qrup əlili öldürməkdə təqsirli bilinən Orxan Yusiflinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib. 

İttihama görə, bu il yanvarın 29-da, saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Müəyyən edilib ki, Orxan Yusifli dostu İlkin Məmmədzadə ilə birlikdə qətli törətməyə qabaqcadan razılığa gəliblər.

Lakin İlkin Məmmədzadə qətl hadisəsi törədilən yerə gəlməsə də, baş verən ağır cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində İlkin Məmmədzadə də həbs edilib.

İstintaq orqanı tərəfindən Orxan Yusiflinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Bu işdə adı keçən İlkin Məmmədzadənin isə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444
avatar

Oxşar yazılar